HEPATİT C BİZDƏN SORUŞULUR

HEPATİT C HAQQINDA HƏR ŞEY. ƏN YENİ MÜALİCƏLƏR və ƏN YENİ MƏLUMATLAR. HEPATİT C BİZDƏN SORUŞULUR.

Müalicə almayan hepatit c xəstələrində qaraciyərdə fibrozun inkişafı




1157 xəstə üzərində aparılan tədqiqat nəticəsində onların qaraciyərində fibroz toxumasının inkişaf etmə sürətinə görə xəstələr 3 qrupa bölünmüşdür. Qrafikdən göründüyü kimi xəstələrin 33 %`ində sürətli fibroz inkişaf edir və 10 il ərzində 3`cü fibroz dərəcəsi inkişaf edir. Məlum olduğu kimi bu da artıq kompensə olunan sirroz mərhələsi deməkdir. 36 % xəstədə orta sürətlə inkişaf edən fibrozlaşma qeydə alınmışdır və onlarda hepatit c virusu təqribən 20 il ərzində 3`cü fibroz dərəcəsinə gətirib çıxarır. Digər 31 % xəstə qrupunda zəif sürətli fibrozlaşma dərəcəsi qeydə alınmışdır. Bu qrup xəstələrdə yalnız 50 il ərzində 2`ci dərəcəli fibroz toxuma inkişaf etmişdir.