HEPATİT C BİZDƏN SORUŞULUR

HEPATİT C HAQQINDA HƏR ŞEY. ƏN YENİ MÜALİCƏLƏR və ƏN YENİ MƏLUMATLAR. HEPATİT C BİZDƏN SORUŞULUR.

QARACİYERİN FERMENTLERİ


Bu testlər qaraciyərin vəziyyəti barədə məlumat verən qan testləridir. Bu testlərə protrombin vaxtı (PT/İNR), aPTT, albumin, bilirubin (düz və qeyri düz) aiddir. Qaraciyər transaminazaları (ALT və AST) qaraciyərdə zədələnmə dərəcəsini, Gamma glutamil transferaza və alkaline fosfataza öd yollarında olan zədələnməni göstərən yararlı biomarkerlərdir. 

Albumin (norma aralığı 3.5-5.3 g/dl)
Albumin qaraciyər tərəfindən hazırlanan proteindir və o qanda asanlıqla ölçülə bilir. Albumin səviyyəsi xroniki qaraciyər xəstəliklərində, o cümlədən sirrozlarda azalır. O həm də sidiklə itirildiyinə görə nefrotik sindrom zamanı da azalır, buna görə də irəli dərəcəli böyrək xəstəliklərində də qanda albumin səviyyəsi düşür. Albumin səviyyəsinin düşməsi qanın onkotik təzyiqinin azalmasına, sonuncu qandan suyun damarxaricinə çıxmasına son nəticədə ödemlərin əmələ gəlməsinə gətirib çıxarır. Albuminin yarım parçalalanma dövrü 2 həftədir. 

ASPARTATAMİN TRANSFERAZA (norma aralığı 6-40 İU/L)
Bu ferment ALT fermentinə oxşardır, o qaraciyərin parenximal hüceyrələrilə əlaqədardır. O kəskin qaraciyər xəstəliklərində artır. Ancaq həm də qırmızı qan hüceyrələrində, ürək və skelet əzələlərində də var. Odur ki, qaraciyərə  spesifik deyil. AST və ALT nisbəti bəzən qara ciyər zədələnməsinin differensasiyasında faydalıdır. AST fermenti səviyyəsinin artması qaraciyər zədələnməsi üçün spesifik deyil və o həm də kardial marker kimi istifadə olunur. 

TRANSAMİNAZALAR
AST/ALT nisbətinin artması və ALP fermentinin artmaması hepatoselulyar və xolestatik problemlərdə birincinin xeyrinədir. AST və ALT fermentlərinin hər ikisinin artaraq 1000 İU/L üzərinə çıxması asetaminofen toksikliyi, şok və ya fulminant qaraciyər çatışmazlığı ilə əlaqədar ola bilər. AST və ALT fermentlərinin normadan 3 dəfədən çox artması lakin 1000 İU/L`i keçməməsi alkoqol toksikliyi, virus hepatitləri zamanı, dərmanların təsirindən, qaraciyər xərçəngi, sepsis, vilson xəstəliyi, qaraciyərin post transplantat qopması zamanı, autoimmun hepatit və steatohepatitdə rast gəlinir. AST/ALT nisbətinin artması rabdomioliz və digər pataloji vəziyyətlərlə də əlaqədar ola bilər. 

ALKALİN FOSFATAZA (norma aralığı 30-120 İU/L)
  ALP qaraciyərin öd kanalları hüceyrələrinin fermentidir. Plazmada ALP fermentinin səviyyəsinin artması geniş öd yolları obstruksiyası, intra hepatik xolestaz, qaraciyərin infiltrativ xəstəliyi zamanı müşahidə edilir. ALP fermenti sümükdə və plasental toxumada da olur. Odur ki, böyüyən uşaqlarda, yaşlılarda paget xəstəliyi zamanı, hamiləliyin 3`cü trimestrində ALP fermentinin səviyyəsi yüksək olur. 

TOTAL BİLİRUBİN (norma aralığı 0.1-1.0 mg/dl)
Birləşmiş və sərbəst şəkildə olur. Birləşmiş bilirubinə düz, sərbəst bilirubinə qeyri-düz bilirubin deyilir. Sərbəst bilirubin hemoqlobin`in (hem`in) parçalanma məhsuludur. O çox hidrofobikdir və əsasən albuminə birləşmiş şəkildə transport olunur. Yüksək konsentrasiyalı hidrofobik dərman preparatları (müxtəlif antibiotiklər, diuretiklər və s.) və yüksək sərbəst yağ turşuları qeyri düz bilirubinin artmasına səbəb ola bilər. Hem hemoqlobindən başqa əzələlərdə tapılan mioqlobin, mitoxondri, katalaza, peroksidaza və nitrik oksid fermentlərində olan sitoxromoksidaza`nın tərkibinə də daxildir. 
Qaraciyər qanın sərbəst bilirubindən təmizlənməsinə cavabdehdir və qan hər dəfə ondan keçəndə sərbəst bilirubinin təqribən 30 %`i normal qaraciyər tərəfindən təmizlənir. 
Bu aşağıdakı mexanizmlə baş verir. Bilirubin qaraciyər hüceyrələri - hepatositlər tərəfindən tutulub UDP-qlucuronil-transferaza fermenti ilə birləşdirilir. Buna birləşmiş bilirubin deyilir, suda asan həll olunur, toksikliyi az olur. Birləşmiş bilirubin öd kisəsinə ifraz olunur. Bilirubin öd kisəsindən ödün tərkibində nazik bağırsağa ifraz olunur və oradan yoğun bağırsağa qədər gedir. Bilirubin yoğun bağırsağın bakteriyal koloniyası tərəfindən metabolizmə uğrayaraq ya eliminasiya ya da reabsorbsiya olunur. Sidiyə sarı rəng verən (urobilinogen) və nəcisə qəhvəyi rəng verən (sterkobilin) bilirubinin metabolizm məhsuludur. Beləliklə ağ və ya gil rəngli nəcis bilirubinin bu dövranında hər hansı blokun olmasının, bağırsaqlara bilirubinin gələ bilməməsinin göstəricisidir. Qanda total bilirubinin artması dəri və selikli qişalara sarı rəng verir (sarılıq).

DÜZ BİLİRUBİN (norma aralığı 0.1-0.4 mg/dl)
-Əgər düz bilirubin normal hədlər daxilində, qeyri düz bilirubin normadan artıqdırsa hemoliz və ya daxili hemorragiyalardan şübhələnilməlidir. 
-Əgər düz bilirubin artırsa deməli öd yolları obstruksiyası, hepatitlər, sirroz, qaraciyərin digər xəstəliklərini araşdırmaq lazımdır. 

ANADANGƏLMƏ BİLİRUBİN POZĞUNLUQLARI
populyasiyanın təqribən 5%`ində Gilbert (Jilber) sindromu deyilən pataloji vəziyyətə rast gəlinir. Bu sindrom UDP-qlucuronil-transferaza fermenti promotorunda mutasiya ilə əlaqədardır. Belə şəxslərdə aclıq və digər stresslər zamanı sarılıq əmələ gəlir. Autosom resessiv yola ötürülür. Bu vəziyyət birləşmiş ya da sərbəst bilirubinin yüksək olması ilə özünü biruzə verir.

GAMMA GLUTAMİL TRANSPEPTİDAZA (norma aralığı 0-42 İU/L)
GGT qaraciyərin xolestatik zədələnmələrində daha həssas və qaraciyərə spesifik markerdir. O ALP fermentindən daha həssasdır. GGT fermenti qaraciyərin hətta kiçik və subklinik disfunksiyalarında da artır. O qaraciyər zədələnmələrinin differensasiyasında da istifadə edilə bilər. GGT fermenti xroniki alkoqol toksikliyində də arta bilir. 

İNR
Protrombin vaxtı (PT), onun bir ölçüsü olan protrombin nisbəti (PR) və beynəlxalq normalizə olunmuş nisbət (İNR) koaqulyasiyanın (qanın laxtalanmasının) vəziyyətini bildirmək üçün istifadə edilir. Bu göstərici vitamin K miqdarı, qaraciyərin zədələnməsi, warfarin dozasının ölçülməsi zamanı qanın laxtalanma tendensiyasını təyin etmək üçün istifadə olunur. 

GENİŞ İŞLƏDİLƏN DİGƏR TESTLƏR
5` NUKLEOTİDAZA (5`NTD)
5`NTD xolestaz və ya intra- və ekstrahepatik öd yollarının zədələnməsi zamanı spesifik testdir. Bəzi labaratoriyalarda artan ALP və GGT miqdarının biliar və ya ekstrabiliar mənşəli olub olmadığını differensasiya etmək üçün bu testdən istifadə edilir.

KOAQULYASİYA TESTİ
Koaqulyasiya faktorlarını qaraciyər sintez edir. İNR bu göstəricini müəyyən edir. İNR səviyyəsinin artması qanın gec laxtalanması deməkdir. Bu da qaraciyərin vitamin k sintezi funksiyasının zəiflədiyi və ondan asılı laxtalanma faktorlarının azalması anlamına gəlir. Lakin bu qaraciyər funksiyasının həssas bir göstəricisi deyil. 

SERUM QLÜKOZASI
Serum qlukoza testi qaraciyərin qlukoza sintez etmə qabiliyyətini göstərir (qlukoneogenez). Bu adətən fulminant qaraciyər çatışmazlığı zamanı və ən son itirilən funksiya olur. 

LAKTAT DEHİDROGENAZA (LDH)
 LDH fermenti bir çox orqan və toxumalarda tapılır. Eyni zamanda qanda LDH fermenti səviyyəsinin artması situasiyadan asılı olaraq qaraciyər zədələnməsini göstərə bilər. İzotip 1 LDH kardial toxumanın zədələnməsini müəyyən etmək üçün istifadə edilir.