HEPATİT C BİZDƏN SORUŞULUR

HEPATİT C HAQQINDA HƏR ŞEY. ƏN YENİ MÜALİCƏLƏR və ƏN YENİ MƏLUMATLAR. HEPATİT C BİZDƏN SORUŞULUR.

Çəkiniz normaldırmı?

Artıq çəki qaraciyərin piy distrofiyasına səbəb olur. Çünki bədəndə piylənmə gedir və qaraciyər də bu orqanizmin bir hissəsi olduğundan o da piylənmə prosesindən kənarda qala bilmir. Lakin normal bədən çəkisində də qaraciyərdə piy distrofiyası ola bilir. Bu müxtəlif xəstəliklərdə o cümlədən hepatit c virus infeksiyasında baş verir. Hepatit c virus infeksiyası zamanı qaraciyərin zədələnməsinin ilk əlaməti qaraciyərin piylənməsi olur. Hepatit c virus infeksiyası olan xəstələrdə həm də piylənmə olursa bu zaman qaraciyərin yükü daha da artır. Bütün hallarda bədən çəkisinin norma daxilində olması daha münasibdir. Bundan başqa qaraciyərin piylənməsində keyfiyyətsiz qidalanmanın da rolu böyükdür. Müxtəlif fast food qidalar, keyfiyyətsiz vitamin, mineral dəyəri az olan və karbohidrat miqdarı çox olan qidaların da çox tükətilməsi son nəticədə bütün orqanizmin o cümlədən qaraciyərin piylənməsinə gətirib çıxarır. Bədən çəkinizin normal olub olmamasını sizə təqdim etdiyimiz cədvəl vasitəsilə yoxlaya bilərsiniz.
Bədən çəkisinin həm az həm də çox olması normal sayılmır. Hər ikisi orqanizm üçün müəyyən tibbi problemə səbəb olur. Bundan başqa bu problemlərə estetik tərəfdən də yanaşıldığı üçün önəmi daha da artır. Bəs bədən çəkimizin normal olub olmadığını necə müəyyən edək? Bu boy-kütlə indeksi ilə müəyyən olunur. Boy-kütlə indeksi bədən çəkisinin boyun kvadratına bölünüb 100`ə vurulmasıyla tapılır. Lakin boy-kütlə indeksinin daha dəqiq hesablanmış formasını hazır şəkildə cədvəldə sizə təqdim edirik. Cədvəldə solda boy ölçünüzü tapın cədvəlin daxilində kütlənizi tapın və buna müvafiq qırmızı rəqəmlərlə boy-kütlə indeksinizi (BKİ)müəyyənləşdirin. BKİ Normal = 19-24
BKİ Sərhəddə = 25 və 26 BKİ Yüksək riskli = 27-40