HEPATİT C BİZDƏN SORUŞULUR

HEPATİT C HAQQINDA HƏR ŞEY. ƏN YENİ MÜALİCƏLƏR və ƏN YENİ MƏLUMATLAR. HEPATİT C BİZDƏN SORUŞULUR.

Hepatit C`də qaraciyərdən kənar əlamətlər


 Krioqlobulinemiya ən çox rast gəlinən ekstrahepatik simptomlardır. Bu immun komplekslərin damarların divarına çökməsi və orada toplanması nəticəsində baş verir. Klinik olaraq özünü purpura, artralgiyalar və qüvvətsizlik şəlində göstərir. 
Şögren sindromu (sialadenit) autoimmun iltihabı nəticəsində tüpürcək vəzlərində  baş verən zədələnmələrdir. 
İmmun sistemin xroniki stimulyasiyası nəticəsində immunoproliferativ dəyişikliklər əmələ gəlir ki, buna da limfomaları misal göstərmək olar. 
Porfiria Cutanea Tarda dermatoloji zədələnmədir və qaraciyərdə uroporfirogen dekarboksilaza fermentinin aktivliyinin zəifləməsi ilə əlaqədardır. Dəridə vezikulo-bulyoz səpkilərin meydana çıxması ilə özünü göstərir. 
Glomerulonefrit də autoimmun prosesin nəticəsidir və böyrəklərin zədələnməsidir. 
Xroniki hepatit c xəstələrində neyropatiyalar nəticəsində nevroloji pozğunluqlar da baş verir. Bu özünü klinikada halsızlıq, istəksizlik, həvəssizlik, yaddaş pozğunluqları və s. ilə göstərir. 
Vaskulit damarların daxili qişasının iltihabıdır və krioqlobulinemiya ilə əlaqədardır. 
Lishen planus dəri və selikli qişalardakı qaşıntılı səpkilərdir. 
Halsızlıq xroniki hepatit c xəstələrinin 53%`ində rast gəlinir, onların da 17%`ində şiddətli gedir. Artralgiyalar (oynaq ağrıları) 20% hallarda əmələ gəlir. 
Trombositopeniya (qanda trobositlərin miqdarının azalması) da xroniki hepatit c xəstələrində çox rast gəlinir və bunun da səbəbi autoimmun proseslərdir. Bu zaman trombositlərin membranına qarşı autoantitellər əmələ gəlir və trombositləri məhv edir. 
Autoimmun tiroidit (qalxanabənzər vəzin iltihabı) və gözün buynuz qişasının zədələnməsi də az hallarda rast gəlinir.