HEPATİT C BİZDƏN SORUŞULUR

HEPATİT C HAQQINDA HƏR ŞEY. ƏN YENİ MÜALİCƏLƏR və ƏN YENİ MƏLUMATLAR. HEPATİT C BİZDƏN SORUŞULUR.

Hepatit c virus infeksiyasının yayılma yolları

Hepatit c virus infeksiyası qanda replikasiya olunur və qan vasitəsilə yüksək yoluxuculuq göstərir. Yoluxuculuq qabiliyyəti həm də qan plazmasında virus yükünün dərəcəsi ilə düz mütənasibdir. Spermada və vaginal mayedə virus miqdarı az olduğu üçün yoluxma riski də azdır amma cinsi yolla da yoluxma ehtimalı var. Hamilələrdən doğuş zamanı yenidoğulana keçmə riski də var və körpələrdə bu xəstəlik daha aqressiv getdiyi üçün və onların müalicəsində müəyyən problemlər olduğu üçün birinci növbədə hepatit c`li xəstələrin hamilə qalmaması, müalicə olunduqdan sonra hamiləliyin baş verməsi məqsədə uyğundur, əgər hamilə olan zaman virusun olması aşkar olundusa bu zaman virusun körpəyə keçməməsinə çalışmaq lazımdır. Hamilələrdən yenidoğulana virus əsasən doğuş zamanı körpə doğuş yollarında keçərkən yoluxur. Burada yoluxma riski hamilənin qanında virus yükünün miqdarından, doğuşun müddətindən və s. asılıdır.  Hal hazırda bu virus dünyada geniş yayıldığı üçün və hər gün bu virusla yoluxanların sayı artığı üçün hepatit c virus infeksiyasının yoluxma yollarını aydın şəkildə yazmağı qərara aldım, çünki müasir dövrün bəlası olan bu xəstəliyin yoluxma yolları və yoluxma mexanizmi nə qədər yaxşı bilinsə bu xəstəlikdən qorunmaq da bir o qədər asan olar.