HEPATİT C BİZDƏN SORUŞULUR

HEPATİT C HAQQINDA HƏR ŞEY. ƏN YENİ MÜALİCƏLƏR və ƏN YENİ MƏLUMATLAR. HEPATİT C BİZDƏN SORUŞULUR.

Hepatit c xəstəliyinin diaqnozu


Hepatit c virus infeksiyasının diaqnozunun qoyulması üçün bir neçə testlərin yoxlanılması lazımdır. Əksər hallarda xəstələrə diaqnoz təsadüfi müayinələr zamanı, cərrahi əməliyyata hazırlıq zamanı, check up müayinələri zamanı qoyulur. Elə xəstələr də onlarda hepatit c virusunun olduğunu həmin vaxt bilirlər və onlar üçün bu xəbər pis bir surpriz olur. Belə muayinələrdə hepatit c xəstəliyinin yalnız antiteli yoxlanılır. Bu o deməkdir ki, xəstələr virusa məruz qalıblar. Lakin antitel testi bu xəstəlik barədə hər hansı əlavə informasiya vermir. Bundan sonra xəstələrin keçməsi lazım olan müayinələr var hansı ki, bu müayinələr bizə qanda miqdarının dərəcəsi, genotipi, qaraciyərin vəziyyəti, zədələnmə dərəcəsi və s. barədə kifayət qədər məlumat verir. Beləliklə hepatit c virus infeksiyası zamanı ən azı aşağıdakı müayinələrin keçirilməsi lazımdır.
  • Viroloji testlər
PCR analizləri- HCV RNA kəmiyyət analizi- bu analiz qanda virus yükünü müəyyən edir, HCV RNA Genotip- məlum olduğu kimi hepatit c virusunun 7 genotipi var. Bu analiz bizim üçün virusun genotipini müəyyən edir. Bu analiz ona görə lazımdır ki, müalicə zamanı dərman təyin etmək üçün və xəstəliyin proqnozu barədə bizə informasiya verir.
  • Qan testləri
Qanın ümumi analizi, qanın biokimyəvi analizi, qaraciyər fermentlərinin təyini,  və s. Bunlar bizə qaraciyərin funksiyası və xəstənin ümumi vəziyyəti haqqında informasiya verir.
  • Qaraciyərin testləri
Qaraciyərin biopsiyası, fibroscan müayinəsi, elastometriya müayinələri. Hal-hazırda müasir müayinə metodlarının çıxması ilə əlaqədar əvvələr istifadə olunan invaziv və müəyyən riskləri olan biopsiya metodu artıq demək olar ki, istifadə edilmir. Nadir hallarda biopsiya metodundan istifadə etməyə məcbur qalınır. Hazırda geniş istifadə edilən fibriscan müayinəsi qaraciyərin fibrozlaşma dərəcəsini təyin edir. Fibroz dərəcəsinə görə qaraciyərin vəziyyəti, strukturu barədə və əksər hallarda xəstəliyin müddəti barədə müəyyən məlumat əldə etmək olar.