HEPATİT C BİZDƏN SORUŞULUR

HEPATİT C HAQQINDA HƏR ŞEY. ƏN YENİ MÜALİCƏLƏR və ƏN YENİ MƏLUMATLAR. HEPATİT C BİZDƏN SORUŞULUR.

Hepatit c - mehriban düşmən

Hepatit c virus infeksiyası əksər hallarda sakit şəkildə, heç bir simptomla özünü göstərmədiyi üçün və ya ümumi halsızlıq, bədən ağrıları kimi zəif simptomlarla getdiyi üçün xəstələr bu xəstəliyə biganə olurlar, müalicəsini hər dəfə ertələyirlər. Lakin bilinməsi vacib olan məsələlər var ki, bunu xəstələrin nəzərinə çatdırmağı özümə vacib bildim. Bu xəstəliyin zəif simptomlarla getməsinə, heç bir əlaməti olmamasına və özünüzü yaxşı hiss etmənizə baxmayın. Əgər sizdə hepatit c virusu tapılıbsa ən münasib vaxtda və ilk fürsətdə bu xəstəliyin müalicəsinə başlayın. Çünki bu xəstəliyin törətdiyi ağırlaşmaların onun simptomları ilə heç bir əlaqəsi yoxdur və xroniki hepatit c hallarının 20-30%`i qaraciyər sirrozuna keçir, 2-7%`ində isə qaraciyər xərçəngi və qaraciyər çatışmazlığı inkişaf edir. Buna görə sağlamlığa biganə olmaq xəstəliyi sonuncu mərhələyə götürür bu isə müalicənin çətin olmasına və nəticənin yaxşı olmamasına səbəb olur.