HEPATİT C BİZDƏN SORUŞULUR

HEPATİT C HAQQINDA HƏR ŞEY. ƏN YENİ MÜALİCƏLƏR və ƏN YENİ MƏLUMATLAR. HEPATİT C BİZDƏN SORUŞULUR.

HEPATİT C VİRUSUNUN ƏN ÇOX YAYILDIĞI ÖLKƏLƏR

Dünyada hepatit c virus infeksiyalı xəstələrin sayı 150-180 milyon arası olduğu təxmin edilir. Bu virus son illərə qədər hcv darama testi istifadəsinə qədər sürətlə yayılmışdır. Aşağıdakı diaqramda bütün dünyada hepatit c virus infeksiyasının yayılmasının 80%`ni təşkil edən ölkələr göstərilmişdir. İlk beşliyi şəkildən göründüyü kimi Çin, Pakistan, Nigeriya, Misir və Hindistan təşkil edir. Sonrakı yerləri Rusiya, ABŞ, Braziliya təşkil edir. Çin bu siyahıda birinci yerdə olsada onun əhalisinin 1 milyard 200 milyon nəfər olduğunu nəzərə alsaq orada əhalinin hər 100 nəfərinə düşən xəstə sayı o qədər də çox sayılmaz. Əhalinin hər 100 nəfərinə düşən xəstə sayına görə Misir ön sıralardadır. Misirdə əhali hcv darama testi istifadəyə buraxılmamışdan öncə əhali arasında inyeksiyalar vasitəsilə yoluxma baş vermişdir. Rusiyada da bu virusun çox yayıldığının bu diaqram vasitəsilə şahidi oluruq, bu da dolayı yolla orada narkomaniyanın geniş yayıldığını göstərir. Çünki bu virusun əsas yayılma yollarından biri də narkomanlar arasında istifadə edilən venadaxili inyeksiyalardır. Göründüyü kimi avropa ölkələri orta sırada, Türkiyə ən sonda yer alıb. Belə orta göstəricisi olan ölkələrdə güman etmək olar ki, bu virus yoluxması daha çox təbii şəkildə qan vasitəsilə tibbi vasitələrin dezinfeksiyasından sonra sağ çıxan virusların yeni xəstəyə yoluxması ilə (tibbi alətlərin yaxşı dezinfeksiya olunmaması nəticəsində) əlaqədar ola bilər.