HEPATİT C BİZDƏN SORUŞULUR

HEPATİT C HAQQINDA HƏR ŞEY. ƏN YENİ MÜALİCƏLƏR və ƏN YENİ MƏLUMATLAR. HEPATİT C BİZDƏN SORUŞULUR.

HEPATİT C TERMİNLƏRİ


Anti HCV - hepatit c virusları əleyhinə əmələ gələn antitel
HCV -  hepatit c virusu antigeni
Virus yükü - qanda virusun miqdarını bildirən termin
HCV RNA kəmiyyət - virus yükü ilə eyni mənanı ifadə edir
HCV RNA keyfiyyət - qanda sadəcə virusun olub olmamasını bildirir.
HCV RNA genotip - hepatit c virusunun genotipini bildirir. Hepatit C`nin 10 genotipi var onlardan 6`sı yaxşı öyrənilmişdir. Bizim regionda 1,2 və 3`cü genotip yayılmışdır.
PZR - polimeraz zəncirvarı reaksiya adlanan müayinə üsulu. Qanda hepatit c virusunun keyfiyyətini, miqdarını və genotipini təyin edir.
ALT - alaninamintransferaza, qaraciyərin fermentidir. Qaraciyər hüceyrələri zədələnən zaman qana keçir
AST - aspartatamintransferaza fermenti, qaraciyər və bəzi orqanların zədələnməsi zamanı qanda miqdarı artır.
Bilirubin - Sarılıq zamanı qanda miqdarı artır.
Fibroz dərəcəsi - Qaraciyərin fibrozlaşma səviyyəsini bildirir. Fibrozun 5 dərəcəsi var: F0, F1, F2, F3 və F4. Fibrozlaşma dərəcəsi artdıqca qaraciyər o qədər sirroza yaxınlaşır.
Fibroskan müayinəsi - qaraciyərin fibrozlaşma dərəcəsini müəyyən etmək üçün təyin olunan müayinə üsulu (USM aparatına bənzər aparat.)